Sistem necə işləyir

    "Lasmia" sənətkarların öz əl işi məhsullarını satdığı onlayn satış nöqtəsidir. Saytda qeydiyyatdan keçməklə sənətkarların hazırlamış olduğu istənilən məhsulu ala bilərsiniz. Qeydiyyatdan keçdikdən sonra satış tarixçənizə baxa və aldığınız məhsul barəsində rəy(feedback) yaza bilərsiniz. İstənilən məhsulu almaq üçün məhsul olduğu səhifədə ‘’Səbətə əlavə et’’-ə tıklayaraq məhsulu səbətinizə əlavə edə bilərsiniz. Səbət bölümünə tıklayaraq məhsulun sifarişini tamamlaya bilərsiniz, hansı ki, hər səhifənin üst tərəfində göstərilib . Məhsulu səbətdən silmədiyiniz təqdirdə hesabınızdan çıxdıqda belə məhsul sizin səbətinizdə qalmış olur. Qeyd: Səbətə əlavə edilmiş məhsullar satışdan çıxarılmır, sifarişi tamamlamadığınız müddət ərzində başqası o məhsulu ala bilər. 

 
    Eyni anda 1-dən çox məhsul ala bilərəm? Bəli, siz onları sifariş verdiyinizdə məhsulların ödənişini ayrı-ayrı ödəmiş olursunuz. Çatdırılma qiyməti nə qədərdir? Çatdırılma qiyməti məhsul olan bölmədə göstərilir. Çatdırılma qiyməti məsafə və məhsul sayından asılı olaraq dəyişə bilər.