Satıcı qeydiyyatı :
Kişi Qadın
  • {[{e}]}
Diqqət,Siz qeydiyyat düyməsini təsdiqlədiyiniz zaman saytın qaydaları ilə razılaşmış olursunuz. Daha ətraflı Sağ tərəfdə oxuyun

Lasmia’da əl işi kimi nələr sata bilərəm

*Tikiş
*Ayaqqabı istehsalı\ digər dəri işləri
*toxuculuq
*keçeçilik
*hörgü
*zəmbil hörmək
*krujava (yalnız əl ilə)
*naxış işləri (yalnız əl ilə)
*çarpaz tikiş
*origame
*kagiz işləri
*şam düzəltmə
*cildləmək (yalnız əl ilə)
*boyama
*heykəltəraşlıq
*misgərlik
* dəmirçilik incəsənəti (əl işi)
* qadın saç-bəzək əşyaları
* rəssamlıq
*mazayık
*Sabun düzəltmə
*Şüşə sənəti
*keramika
* bəzəmək sənəti
*daş yonma
* ağac oyma
* xalçaçılıq
Əgər siz filirləşirsiniz ki, sizin məhsul satıla bilər lakin bu siyahıda yoxdur, zəhmət olmasa bizimlə əlaqə saxlayın. 
Original dizayn: Məhsulun original dizaynı var , məsələn biz illustrasiyaların çapına vəya original sənət əsərlərinin çıxartmasına icazə veririk, lakin bu sizin original dizaynınız olmalıdır. başqa brinin işinin kopyası olmamalıdır. Biz həmçinin kütləvi istehsal edilmiş muncuqlardan istifadə etməklə zinət əşyalarının dizaynına icazə veririk haradakı hazır məhsulun xüsusiyyətlərini müəyyən etmək üçün birdən çox element tətbiq olunur. Zəhmət olmasa bizim aşağıdakı quraşdırılmış zinət əşyaları haqqında qeydimizə baxasınız. 


Lasmia’da Əl işi kimi sata bilməyəcəyiniz məhsulların siyahısı:


* İşləri biraz daha asandlaşdırmaq üçün biz həmçinin lasmia’da satıla bilməyəcək əşyaların da siyahısını da tərtib etmişik. Zəhmət olmasa bu listi oxuyun çünki biz Lasmia’da satılan və qadağan olunmuş məhsullar siyahısını pozan , heç bir məhsulu geri ödəyə bilməyəcəyik.
Müəllif hüquqlarını pozan maddələr
1.
Lasmiada satılan məhsullar kimlərinsə müəllif hüququnu poza vəya ticarət nişanından istifadə edə bilməz. Əgər məhsullarınızı satmaq üçün yerləşdirmək istəyirsinizsə zəhmət olmasa əmin olun ki,
* Bütün əl işləri original əl işinizdir
* Alınmış materiallardan hazırlanmış məhsullar satıla bilər
* Nümunələrdən, xüsusi vasitələrdən, modellərdən, möhürlərdən hazırlanmış məhsullar qanuni şəkildə satıla bilər.
* Əgər məhsulunuzda sizin tərəfinizdən düzəldilməyən şəkil varsa, sizin o şəkili istifadə hüququnuz olmalıdır.
* Əgər siz brend adı, logo və s. istifadə edirsinizsə müəllif hüquqlarını pozub-pozmamağınızı yoxlamaq məsuliyyəti artıq sizin üzərinizdədir. Üzərinizə düşən hər bir öhtəliyə görə müəllif hüquqları vəya ticarət nişanı sahibi sizə qarşı ticarət nişanlı ifadə, logo və s. sui istifadəyə və müəllif hüquqlu məhsuldan istifadəyə görə sizə qarşı məhkəməyə müraciət edə bilər.
Lasmiada olan satıcının mənim müəlliflik hüququmu pozduğunu fikirləşdiyim halda nə etməliyəm?
Bu həqiqətən də ciddi narahatçılığa səbəb ola biləcək həssas mövzudur, xüsusilə hər iki satıcı məhsullarını
Lasmiada yerləşdiribsə. Bu halda realgiftdə satıcınin sizin müəllif hüququnuzu pozması barədə müraciət edə bilərsiniz. Bu sizdən sübut daxil olmaqla müəllif hüququ pozuntusunun təfərüatı,məhsulun nömrəsi, sözü gedən dükanın detalları, təsviri daxil olmaqla məlumatın yazılı formada təqdim edilməsini xahiş edirik.
Əgər müəllif hüququ pozuntusu ticarət nişanı ilə bağlıdırsa, qeydə alınmiş ticarət nişanı nömrəsini tələb edirik.
Lasmianın müəllif hüququ və ticarət nişanı pozuntusuna dair siyasəti: İstifadəçilər məhsulları bizim nəzarət olunan sistem vasitəəsi ilə bildirirlər.Bu o halda baş verir ki, onlar hər hansı bir brendin müəllif hüquqlarını pozmasını fikirləşirlər. Biz yalnız müəllif hüquqları pozuntusu halına qəti şəkildə əmin olduqda hərəkətə keçirik və məhsulu Lasmiadan silirik. Hər bir şirkətin brendin istifadəsi haqqında öz siyasəti olur. Bəziləri adlarının, logolarının istifadəsinə heç icazə vermir, digərləri isə tam əksini edir.
Bəzən müəllif hüququ ilə qanunu işlərin təqlidi mövcud ədalətli istifadə kimi qəbul edilir və biz bu istisnaları nə araşdıra nə də müdafiə edə bilirik. Buna görə də əgər iddia edilən pozuntu halı varsa müəllif hüququ sahibi vəya onun qədər səlahiyyətli şəxs bizimlə birbaşa əlaqə saxlayaraq qanun pozuntusu xəbərdarlığını bildirməlidir. Yalnız sahiblərin və onların səlahiyyət verdikləri insanların şikayətləri
Lasmia tərəfindən araşdırılacaq. Şikayət qiymətləndirilərkən və hər hansı başqa bir lazımı addım atılarkən məhsulun satış fəaliyyəti dayandırılacaq.
2. Quraşdırılmış məhsullar Biz
Lasmiada kütləvi şəkildə istehsal olunan komponentlərdən yığılmış və heç bir orijinal dizaynı olmayan məhsulların satışına icazə vermirik. Məsələn: Uşaq torları, hədiyyə səbətləri, quraşdırılmış cəvahirat (hansı ki, onların heç bir səciyyəvi əhəmiyyəti yoxdur. (misal üçün kütləvi istehsalatda istehsal olunmuş klona calaq edilmiş ip)
3.Sizin tərəfinizdən hazırlanmayan əl işləri
Siz satdığınız məhsulu özünüz istehsal etməlisiniz vəya məhsulu sizin dizayn etdiyinizi sübut etməlisiniz.
Lasmia fərdi dizayner və yaradıcıları dəstəkləyir. Lasmia hazır məhsulların yenidən satışı ilə məşğul olanları dəstəkləmir. (Başqa adamların məhsullarını satan) 
4. Yetkinlər üçün nəzərdə tutulmuş pornoqrafik məhsullar
Yetkinlərə görə nəzərdə tutulmuş məhsulları yerləşdirmək saytda qadağan olunmuşdur. Əgər əmin deyilsinizsə məhsul yerləşdirməzdən əvvəl bizimlə əlaqə saxlayın. 
5. Qeyri qanuni, zərərli vəya təhlükəli maddələr. Qeyri qanuni əldə edilmiş və oğurlanmış məhsullar vəya ticarəti qeyri qanuni olacaq məhsullar. Məsələn: Narkotik, lazımı lisenziyası olmadan oyuncaq kimi satılan məhsullar, icazəsi olmadan müəllif hüququ olan işi kopyalamaq. Silahlar, bıçaqlar vəya kimyəvi maddələr kimi zərərli və təhlükəli olan məhsulların yerləşdirilməsinə icazə verilmir. 
6. Yeyinti (qida) məhsulları saytda yerləşdirilə bilməz. 
7. Odun, das, qazinti kimi tapılmış məhsullar realgiftdə əl işi kimi satıla bilməz. Qeyd: Daş və minerallar, odun parçaları oyma və yaxud cilalanma kimi proseslərdən keçdikdə dekorativ məhsullar halına gətirilə bilər. Belə məhsullar əl işi kimi yerləşdirilə bilər. 
8. Musiqi ve film. Biz musiqi, film , CD, DVD və digər musiqi vəya filmlə bağlı olan məhsulların satışına icazə vermirik. 
9. Alkoqol Spirtli içkilərin
Lasmia’ya yerləşdirilməsinə və satışına icazə verilmir. 
Bizim bu əl işi siyasətimizin məqsədi, əksər istehlakçıların gözləntilərini qarşılayacaq vəya ondan artıq alacaq alış təcrübəsi yaratmaqdıq. Onlar əl işi kimi fikirləşdikləri əşyaları görmək istəyirlər və bizim siyasətimiz bunu əks etdirmək istəyir. Əgər siz hələ də əmin deyilsinizsə işinizin nümunələri ilə
Lasmiaya müraciət edə bilərsiniz.